Aleksey Puşkov: "İstefanın hədəfi Flinn deyil, Rusiyadır"

Senator Aleksy Puşkov belə hesab edir ki, ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə köməkçisinin istefası onun Rusiya ilə sıx münasibətdə olmasıdır. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Puşkov istefanın əsas hədəfinin Flinn deyil, Rusiya olduğunu söyləyib: "Maykl Filinnin tutduğu vəzifəsini tərk etməyə məcbur olması ABŞ prezidentləri tarixində ən erkən istefadır. Ancaq bu istefanın hədəfi Filinn deyil, Rusiyadır". Xatırladaq ki, ötən ay Rusiya səfiri ilə görüşündə sanksiyaların zəiflədilməsi məsələsini müzakirə etməkdə ittiham olunan və buna görə də ötən gün tutduğu vəzifəsindən istefa verməyə məcbur olan ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə köməkçisi Maykl Finnin yerinə müvəqqəti olaraq təqaüddə olan general Kit Kelloq təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top