ABŞ Yaponiyaya yazılı vəd verdi

Yaponiyanın Baş naziri Sindzo Abe ABŞ-da apardığı danışıqlar zamanı Çin tərəfindən iddia edilən Senkaku adasını müdafiə etməyə Trampdan yazılı vəd aldığını bildirib. "Yeniavaz.com"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, Abe deyib ki, bu Yaponiya üçün böyük uğurdur: "Barak Obamanın prezidentliyi dövründə o belə vədi ancaq şifahi şəkildə vermişdi. Ancaq indi biz istəyimizə nail olduq və ABŞ-dan bu barədə yazılı vəd aldıq. Əgər Çin Senkakuya hücum edərsə ABŞ dərhal bizim köməyimizə gələcək".

DİGƏR XƏBƏRLƏR

Top