Maykl Flinn vəzifəsindən istefa verib

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə məsləhətçisi Maykl Flinn tutduğu vəzifəsindən getmək barədə qərar qəbul edib. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, onun istefasına səbəb Rusiya ilə sıx əlaqələrə malik olması olub. Belə ki, ötən həftə Vaşinqton Post qəzeti 2016-cı ilin dekabr ayında Flinnin Rusiyanın ABŞ-dakı səfiri Kislyakla görüşdüyünü və onunla Kreml əleyhinə olan sanksiyaları müzakirə etdiyini yazmışdı. Bu da Rusiyaya sanksiyaların zəiflədilə biləcəyinə edilən siqnal kimi dəyərləndirilib. Məsələ ilə bağlı yayılan məlumatlar Flinnə təzyiqlərin artmasına və onun qalmaqal böyüməsin deyə vəzifəsindən istefa verməsinə gətirib çıxarıb.

DİGƏR XƏBƏRLƏR

Top