"Beşiktaş" turu keçərsə 32 milyon avro qazanacaq

"Beşiktaş" sabah Çempionlar Liqasında vacib oyuna çıxacaq. "Yeniavaz.az"ın Türkiyə mətbuatına istinadən veridiyi məlumatına görə, "Ağ-qaralar" bu turu keçərsə 32 milyon avro alacaq. Çempionlar Liqasının B qrupunda 4 oyuna 6 xalla UEFA-dan 3 milyon avro bonus alan "Beşiktaş", turu keçəcəyi təqdirdə "Benfika" və "Dinamo Kiyev" qarşılaşmalarının nəticəsindən əlavə 5.5 milyonda qazanacaq. Ağ-qaralar 32 milyon avronu kassasına qoymağı hədəfləyib. Zədədən qayıdan kapitan Oğuzhan, komanda yoldaşları ilə söhbətində, çox çətin mərhələlər keçdiyini bildirib: "Keçən mövsüm meydançasız çempion olduq. Artıq möhtəşəm evimiz var. Bizi bu evdə tək qoymayan ailəmiz var. Çox yaxşı dost əlaqələri olan güclü klubuq. Biz sabah meydanşadan qalib ayrılacağıq. Bundan başqa yolumuz yoxdur". Türkiyə milli komandasının üzvü, "Benfika" qarşısında hücuma istiqamət verən dirijor olacağının sözünü də verib.

Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top