Tayvanda sərnişin avtobusu aşıb, 32 nəfər ölüb

Tayvanda ağır yol qəzası baş verib. TASS agentliyinin verdiyi xəbərə görə, insident adanın inzibati mərkəzi olan Taybey şəhərində qeydə alınıb. Məlumata əsasən, sərnişin avtobusunun aşması nəticəsində 32 nəfər ölüb, 16 nəfər xəsarət. Qəza zamanı avtobusda 44 sərnişin olub. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Qəzanın səbəbləri barədə məlumat verilmir. Hazırda hadisə yerində xilasetmə əməliyyatı davam edir.APA

DİGƏR XƏBƏRLƏR

Top