Rus yazıçısı separatçılara qoşuldu, mayor rütbəsi aldı

Rusiyalı yazıçı Zaxar Prilepin Ukraynanın şərqindəki separatçılara qoşularaq mayor rütbəsi alıb. “Yeniavaz.com”un “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, separatçı Donetsk xalq respublikasının rəhbəri Aleksandr Zaxarçenko yazıçıya mayor poqonlarını təqdim edib. A. Zaxarçenko qeyd edib ki, yazıçının orduda üzərinə düşən səlahiyyətləri icra etmək üçün kifayət qədər təcrübəsi var. Yazıçı bildirib ki, Donbasda qalmaq niyyətindədir və xüsusi təyinatlılar batalyonunun komandir müavini vəzifəsini tutub. Daha əvvəl verilmiş məlumata əsasən, Z. Prilepin Donbasda öz hərbi bölməsini formalaşdırıb. O, həmçinin 1996-1999-cu illərdə Çeçenistanda hərbi əməliyatlarda iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top