Norveç Almaniya hərbi dəniz donanmasını raketlərlə təchiz edəcək

Almaniya Norveçdən özünün hərbi dəniz donanması üçün raketlər almaq niyyətindədir. Bununla əlaqədar Almaniya Norveçlə müvafiq anlaşma imzalamaq niyyətində olduğunu bəyan edib. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, imzalanacaq raket anlaşmasının dəyəri 1,19 milyard dollar təşkil edəcək. Bu raketlər "Kongsberg Defence Systems" kompaniyası tərəfindən istehsal edilir və hədəfi olduqca yüksək dəqiqliyi ilə vurması ilə məşhurdur. Öz növbəsində Norveçin müdafiə naziri İne Eriksen Syereide deyib ki, yeni anlaşma ölkənin müdafiə sənayesinin inkişafında önəmli rol oynayacaq. Onun sözlərinə görə, Norveç Almaniyaya NSM(Naval Strike Missile) raketləri satacaq. Buna paralel olaraq Norveç Almaniyadan "Thyssen Krupp Marine Systems" kompaniyasının istehsalı olan sualtı qayıqlar alacaq.

DİGƏR XƏBƏRLƏR

Top