Çeçenlərin ardınca inquşlar da Suriyaya göndərildi

Rusiya Müdafiə Nazirliyinin İnquşetiyadakı hərbi polis batalyonu Suriyaya yola salınıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə İnquşetiya respublikasının başçısı Yunusbek Yevkurov deyib. Onun sözlərinə görə, hərbi polis Suriyada Rusiya aviaqrupunun və sülh mərkəzinin təhlükəsizliyini təmin edəcək: “Batalyonun tərkibinə respublika vətəndaşları daxildir. Onlar Suriyada münaqişə tərəflərinin ayrıldığı, sülh sazişlərinin imzalandığı yaşayış məntəqələrində iş üçün ora göndərilib. Hərbi polis Suriyaya sülhməramlı missiya üçün yola salınıb”. Qeyd edək ki, hazırda Hələbdə Çeçenistandan olan hərbi polislər təhlükəsizliyi təmin edirlər.

DİGƏR XƏBƏRLƏR

Top