Netanyahu rekord müəyyənləşdirib

Binyamin Netanyahu İsrail baş naziri vəzifəsində fasiləsiz qalma üzrə rekord müəyyənləşdirib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu “İsrailin demokratiya institutu” analitik mərkəzinin ekspertləri hesablayıblar. B. Netanyahu bu göstərici üzrə yəhudi dövlətinin qurucusu və ilk hökumət başçısı David Ben Qurionu qabaqlayıb. Belə ki, indiki baş nazir fasiləsiz olaraq ardıcıl 2793 gündür hökumətə başçılıq edur. B. Netanyahu hökumətə ardıcıl üçüncü dəfə və karyerasında isə dördüncü dəfə başçılıq edir. O, 2009-cu il martın 31-dən baş nazirdir. İlk baş nazirliyi isə 1996-1999-cu illərə təsadüf edir.

DİGƏR XƏBƏRLƏR

Top