Türkiyə Silahlı Qüvvələri Suriyada keçirdikləri "Fırat Kalkanı" ("Fərat qalxanı") əməliyyatı çərçivəsində bir hərbçi şəhid olub, 4-ü yaralanıb. Türkiyə KİV-inin məlumatına görə, terrorçu İŞİD qruplaşmasının üzvləri Suriya Azadlıq Ordusuna dəstək verən Türkiyə hərbçilərinin yerləşdiyi əraziyə hücum ediblər.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb.Report