Peru prezidenti Pedro Pablo Kuçinski amerikalı həmkarı Donald Trampla telefon danışığı zamanı keçmiş perulu prezident Alexandro Toledonun ekstradisiya edilməsini istəyib. “Yeniavaz.com”un “Euronews”a istinadən verdiyi məlumata görə, eks perulu lider ölkəsində korrupsiyada şübhəli bilinir. A. Toledo 2001-2006-cı illərdə dövlət başçısı vəzifəsini tutub. O, Braziliyanın “Odebrecht” inşaat şirkətindən 20 milyon dollar rüşvət almaqda ittiham edilir. Qeyd edək ki, fevralın 10-da Peru məhkəməsi A. Toledo barəsində həbs qərarı verib. Hakim Riçard Konsepsion prokurorun A. Toledonun 18 ayadək azadlıqdan məhrum edilməsi tələbini müsbət təmin edib. Hakim keçmiş prezidentin tutulması üçün işi Beynəlxalq Polis Təşkilatına (İnterpol) göndərib.