Gürcüstanda Milli Hərəkat Partiyası tərəfindən Tbilisi şəhər meriyası qarşısında "Rustavi-2" telekanalını müdafiə məqsədi ilə etiraz aksiyası keçirilib. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları zorla Tbilisi meri yerləşən binaya daxil olmağa cəhd ediblər. Onlar Appelyasiya məhkəməsinin hakimi, Rustavi-2 telekanalı ilə bağlı məsələdə adı hallandırılan Nata Nazqaidzeyə 1 milyon lari (300 min dollar) verilməsini pisləyiblər və bu məbləğin dərhal dövlətə qaytarılmasını tələb ediblər. Aksiya iştirakçıları eyni zamanda Tbilisi şəhər merinin istefasını tələb ediblər. Polis aksiyanı zor gücünə dağıdaraq 13 nəfəri həbs edib.