Pakistanda terror aktlarının sayı 60 faiz azalıb

2016-cı ildə Pakistanda əvvəlki illə müqayisədə terror aktlarının sayında azalma özünü göstərib. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, 2016-cı ildə Pakistanda terror aktlarının 60 faiz azalmasına səbəb ona qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə əlaqədardır. Öz növbəsində Pakistan baş nazirinin beynəlxalq əlaqələr üzrə məsləhətçisi Sartac Əziz ölkədə son bir ildə terrorla mübarizədə ciddi tədbirlərin həyata keçirildiyini bəyan edib: "Həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə terror aktlarının sayı 60 faiz azalıb. Biz bu sahədə böyük təcrübə əldə etmişik və onu digər ölkələrlə bölüşdürməyə hazırıq."

Xatırladaq ki, 2015-ci ildə Pakistanda terrorla mübarizə məqsədi ilə Milli hərəkət planı hazırlanıb və 2016-cı ildə uğurla həyata keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top