Türkiyəli fotoqraf Burhan Özbilicin Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlə yetirilməsi zamanı çəkdiyi foto “World Press Photo” beynəlxalq müsabiqənin əsas mükafatını alıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu beynəlxalq müsabiqənin qaliblərinin adlarının açıqlanması mərasimi Amsterdamda keçirilib. Fotoda rusiyalı diplomata qarşı sui-qəsd törətdikdən bir neçə saniyə sonra 22 yaşlı polis Mövlud Altıntaş əks olunub. O, əlində tapança tutub və nə isə qışqırı, arxa planda ölümcül yaralanmış səfir uzanıb. Müsabiqənin münsiflər heyətinin üzvlərindən biri Mari Kalvert bildirib ki, bu çox çətin qərar olub: “Bu foto təkcə çox emosianal olmaqla yanaşı, həm də bizim dünyamıızın nifrətini əks etdirdiyinə görə seçimimizonun üzərinə düşdü. Hər dəfə bu şəklə baxanda ondan aralı durmaq istəyirsən”. Qeyd edək ki, A. Karlov 2016-cı il dekabrın 19-da Ankarada fotosərginin açılışında çıxış edərkən güllələnmişdi. “World Press Photo” tarixi 1995-ci ildən başlayan ən nüfuzlu beynəlxalq foto müsabiqəsidir. Bu il seçim turunda münsiflər 125 ölkədən təqribən 5 mindən çox fotoqrafın çəkdiyi 80 minə yaxın şəklə baxıblar. 25 ölkədən olan 46 fotoqrafın işi qaliblər sırasında daxil olub.