Ermənilər Ramil Səfərovdan əl çəkmirlər

Avropa İnsan Haqları Məhkəməsi erməni zabit Qurgen Markaryanın Ramil Səfərov tərəfindən öldürülməsi ilə bağlı Macarıstan və Azərbaycanın cavabdeh tərəf olduğunu bildirib. "Yeniavaz.com"un Tert.am-a istinadən verdiyi məlumata görə, bu barədə Qurgen Markaryanın vəkili Nazeli Vardanyan mətbuata açıqlamasında bildirib: "Biz Avropa İnsan Haqları Məhkəməsindən Ramil Səfərovun Azərbaycana ekstradisiyasının qeyri-qanuni olması və onun yenidən Macarıstana qaytarılması barədə qərar çıxarmasını tələb etmişdik. Onlar bu tələbimizi yerinə yetirərək müvafiq sorğu ilə Azərbaycana və Macarıstana müraciət ediblər. Ola bilsin ki, Avropa İnsan Haqları Məhkəməsi bu il Ramil Səfərovla bağlı müvafiq qərar qəbul etsin. Amma öncədən Avropa İnsan haqları məhkəməsinin məsələ ilə bağlı hansı qərar qəbul edəcəyini söyləmək çətindir".

Nazeli Vardanyan bütün hallalrda Avropa İnsan Haqları məhkəməsinin məsələ ilə bağlı Azərbaycan və Macarıstanı cavabdeh tərəf hesab etməsini irəliyə doğru atılan addım hesab etdiyini söyləyib.

DİGƏR XƏBƏRLƏR

Top