Nobelə təqdim olunan İrlandiya yazıçısı öldü


İrlandiyalı yazıçı və dramaturq Uilyam Trevor 88 yaşında dünyasını dəyişib. "Yeniavaz.az"ın məlumatına görə bu barədə “Penguin Random House Ireland” nəşriyyat evi məlumat yayıb.
Trevor 24 may 1928-ci ildə Mitçelstaun şəhərində (İrlandiya) dünyaya gəlib. Onun ilk “Standart davranış” romanı (“A Standard of Behaviour”) 1965-ci ildə nəşr edilib. Trevor yaradıcılığı ərzində təqribən 30 roman və hekayə nəşr etdirib ki, onların da bəzilərinin süjeti pyes və filmlərin əsasını təşkil edib.

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top