Türkiyənin vurduğu Rusiya təyyarəsinin pilotuna abidə qoyulacaq

Türkiyə Hərbi Hava Qüvvələrinin vurduğu Rusiyaya məxsus Su-24 bombardmançı təyyarənin pilotu Oleq Peşkova abidə qoyulacaq. “Yeniavaz.az”ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, pilotun ölümünün ildönümünə həsr olunmuş abidə onun Lipetskdəki məzarına ucaldılacaq. Abidə ulduzla birləşdirilmiş iki qranit qanad formasında olacaq. Abidənin açılışı noyabrın 24-nə planlaşdırılıb.

Xatırladaq ki, Rusiyaya məxsus Su-24 bombardmançı təyyarəsi 2015-ci il noyabrın 24-də Türkiyənin F-16 qırıcı təyyarəsi tərəfindən vurulmuşdu. Su-24-ün pilotu O. Peşkov katapult zamanı yerdən güllələnmişdi.

DİGƏR XƏBƏRLƏR

Top