Fevralın 12-də saat 6 radələrində Gəncə şəhərində ərzaq mağazası yanıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, şəhər sakini Oqtay İsmayılova məxsus mağazada yanğın baş verib.
Nəticədə yanar konstruksiyalar və oradakı ərzaq məhsulları yanıb, yanğın söndürüldükdən sonra orada satıcı işləyən şəhər sakini Şahin Əliyevin yanmış meyiti tapılıb.
Yanğının qızdırıcı cihaza nəzarətsizlikdən baş verməsi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.