Gürcüstan patriarxı II İliyaya qarşı sui-qəsd cəhdinə əl atılıb

"Rustavi-2" telekompaniyası hazırda Almaniyadakı xəstəxanalardan birində əməliyyata hazırlaşan Gürcüstan patrıarxı II İliya haqqında sensasiyaya səbəb olan məlumat yayıb. "Yeniavaz.com"un "Rustavi-2"-yə istinadən verdiyi məlumata görə, patriarxa zəhər verilib. Ona görə də təcili olaraq onun təhlükəsizliyinin təmini üçün əlavə tədbirlər həyata keçirilib. "Rustavi-2"-nin bildirdiyinə görə, patriarxın təhlükəsizlik xidməti rəhbəri məsələ ilə bağlı polisdə dindirilib. Buna paralel olaraq patriarxlığın əmlakını idarə etmə xidməti rəhbəri və müqəddəs İoakim və Anna tibb mərkəzinin direktoru Georgi Mamaladzenin məsələ ilə bağlı həbs edildiyi bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top