Türkiyə silahlı qüvvələrinin və Azad Suriya Ordusunun Əl-Babda həyata keçirdikləri uğurlu əməliyyat PKK-nın bir qolu olan PYD-ni ( Demokratik Birlik Partiyası) hərəkətə keçirib. "Yeniavaz.com"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, PYD təcili şəkildə Minbiç şəhəri ətrafında xəndəklər qazmağa başlayıb. Bundan məqsəd Türkiyə ordusunun Əl-Babı ələ keçirəndən sonra Minbiç şəhərinə gözlənilən hücumuna hazırlıqdır. Eyni zamanda PKK-nın göstərişi ilə Minbiç ətrafına minaların düzülməsinə başlanılıb. Xatırladaq ki, Türkiyə "Fərat qalxanı" əməliyyatı çərçivəsində Minbiç də daxil olmaqla bir çox şəhərlərin azad ediləcəyini və həmin ərazilərin separatçı PKK terrorçularının nəzarəti altında olmasına imkan verməyəcəyini bildirib. Öz növbəsində ABŞ Minbiçin müdafiəsinə yardım etmək məqsədi ilə PYD-ni silahlandırmaqda davam edir. Son məlumatlara görə Minbiçdəki 2 min terrorçuya ABŞ hərbçiləri tərəfindən təlim keçilir.