"Reina" qatili özünə edam cəzası verilməsini istəyir

Yeni il gecəsi ərəfəsində İstanbuldakı "Reina" gecə klubunda 39 nəfəri öldürən və hazırda həbsxanada olan İŞİD terror qrupunun üzvü Abdulqadir Maşaripov istintaqa verdiyi ifadəsində məqsədinin müsəlmanları deyil, xristianları öldürmək olduğunu söyləyib. "Yeniavaz.com"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o terror aktı tapşırığını Suriyadakı Əbu Cihad adlı şəxsdən aldığını deyib: "Əbu Cihad mənə dedi ki, xristianlar Taksimdə bir yerə yığılaraq bayram edəcəklər. Buna imkan vermə. Ona görə də öncədən "Reina" ilə bağlı ətraflı məlumat topladım. Mən içəri girməzdən öncə polis mənə atəş açdı. Mən onu vurdum və sonra içəridəkilərə atəş açdım. Bundan sonra özümü öldürmək istədim, ancaq alınmadı. Mən içəri əslində ölmək üçün girmişdim. Mənə etdiklərimə görə edam cəzası versəniz, daha yaxşı olar".

DİGƏR XƏBƏRLƏR

Top