Bosniya serbləri müstəqillik haqqında referenduma hazırlaşırlar

Bosniya və Herseqovina dağıla bilər. "Yeniavaz.com"un İzvestiya.ru-ya istinadən verdiyi məlumata görə, buna səbəb Bosniya serblərinin müstəqillik haqqında referendum keçirmək barədə qərar qəbul etmələridir. Bosniya serbləri belə hesab edirlər ki, onların hüquqları pozulur. Onların iddialarına görə, Sarayevo Qərbin yardımı ilə yerli serbləri sıxışdırır. Ona görə də mərkəzi hökumətdən serb əhalininin haqlarını müdafiə edən yerli hüquq institutlarının fəaliyyətinin bərpa edilməsini tələb edirlər. Bu məqsədlə Bosniya serbləri mərkəzi hökumətə bir il vaxt veriblər. Xatırladaq ki, 2015-ci ildə Bosniya və Herseqovinanın Konstitusiya məhkəməsi serblər tərəfindən hər il yanvarın 9-da qeyd edilən Respublika günü bayramının qadağan edilməsi barədə qərar qəbul edib. Konsititusiya məhkəməsi bu qərarını yerli serblərin separatçılıq meylləri ilə əsaslandırıb.

DİGƏR XƏBƏRLƏR

Top