Rusiyada qəzaya uğramış helikopterin qalıqları tapılıb

Rusiyada ötən gün qəzaya uğramış helikopterin qalıqları tapılıb.

Bu barədə "TASS" agentliyi fövqəladə xidmətlərə istinadən məlumat yayıb.

Xəbərdə həmçinin bildirilir ki, xilasedicilər qəza zamanı həlak olmuş sərnişinlərdən birinin qalıqlarını müəyyən ediblər.

Rusiya Federasiyasının Altay Respublikasında qəzaya uğramış helikopterdə baş nazirin sabiq müavini və iki uşağı olub.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, Anatoli Bannıx xanımı və iki övladı ilə helikopterin göyərtəsində olub.

Qeyd edək ki, hadisə Teleçk gölü ərazisində baş verib.

"Robinson R-66" vertolyotunun göyərtəsində 5 nəfərin olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top