Bakıda mənzildə 50 yaşlı kişi cəsədi tapılıb

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. "Yeniavaz.com"un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1967-ci il təvəllüdlü Fazil Məhəmməd oğlu Ağayevin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 16:29-da başa çatıb.

DİGƏR XƏBƏRLƏR

Top