Naməlum maddə sızıntısı: aeroport bağlandı, insanlar öskürəkdən şikayət edirlər

Almaniyanın Hamburq hava limanında naməlum maddənin havaya sızması nəticəsində onlarla insan xəsarət alıb. “Yeniavaz.com” DW-yə istinadən verdiyi məlumata görə, aeroport tam bağlanıb, insanların təxliyyəsi aparılıb. Naməlum maddə sızıntısı aeroportun sərnişinlərə nəzarət və əl baqajı zonasında qeydə alınıb. Onlarla insan gözlərində yanmadan və öskürəkdən şikayət edirlər. Yüzlərlə insan isə şaxtada aeroportun binası qarşısındakı küçədə gözləmək məcburiyyətindədir. Xilasetmə xidməti güman edir ki, insident kondisionerləşdirmə sisteminin pozulması ilə əlaqədardır.

DİGƏR XƏBƏRLƏR

Top