Lənkəranda yaşayış evində yanğın olub

Lənkəranda birmərtəbəli yaşayış evində yanğın olub. Hadisə rayonun Hirkan kəndində qeydə alınıb. Kənd sakini Şakir Heybət oğlu Ağayevə məxsus yaşayış evində anidən yanğın başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin iki yanğın söndürən avtomaşını və canlı qüvvəsi cəlb olunub. Yanğın lokallaşdırılıb, yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Ümumi sahəsi 54 kv.m olan birmərtəbəli evin 20 kv.m sahəsi yanğından mühafizə olunub . Yanğının baş vermə səbəbləri araşdırılır. apa

DİGƏR XƏBƏRLƏR

Top