ABŞ-İsrail sövdələşməsi: israillilər BMT-də yüksək vəzifələrə təyin ediləcək

İsrailin baş naziri Binyamin Netanyahu BMT-dən yəhudi dövləti nümayəndələrinin təşkilatın strukturunda yüksək vəzifələrə namizədliklərini irəli sürməyi tələb edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, B. Netanyahu belə təkliflərin olmamasının Fələstinin keçmiş baş naziri Salam Fayadın BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi təyin edilməsi üçün əngəl törətdiyinə ehyam vurub. Baş nazir bildirib: “Bir neçə gün əvvəl Salam Fayadın BMT-də vəzifəyə təyin edilməsi imkanı barədə məni məlumatlandırdılar. Mən dedim ki, BMT-nin İsraillə münasibətlərində qarşılıqlılığın vaxtı çatıb və pulsuz hədiyyələri həmişə Fələstin tərəfinə bağışlamaq olmaz. Əgər layiqli təklif daxil olsa, biz onu nəzərdən keçirəcəyik”.

Xatırladaq ki, M. Fayadın namizədliyi BMT-ni Fələstin yönümlü olmaqda və İsrailə qarşı diskriminasiyada ittiham edən ABŞ administrasiyası tərəfindən bloklanıb. Bundan sonra İsrailin sol-mərkəz müxalifətinin başçısı Tsipi Livninin BMT-nin baş katibinin müavini vəzifəsinə təyin edilməsi imkanı nəzərdən keçirilir. T. Livni daha əvvəl İsrailin xarici işlər və ədliyyə naziri olub, eləcə də ölkəsini Fələstinlə sülh danışıqlarında təmsil edib. BMT-dəki rəsmi şəxslər bunu sövdələşmə hesab edirlər: ABŞ Fələstinin keçmiş baş nazirinin təyinatına qarşı çıxmayacaq, bunun əvəzində isə T.Livninin təyinatına BMT Təhlükəsizlik Şurasından müsbət cavab çıxacaq.

DİGƏR XƏBƏRLƏR

Top