Baş redaktorun avtomobili yandırıldı

Denpropetrovsk vilayətinin Kamenski şəhərində şənbə günündən bazar gününə keçən gecə naməlum şəxslər yerli 5692.com.ua və “Şəhər 5692” qəzetinin baş redaktoru Sergey Quzanın avtomobilini yandırıblar. Yanğını ilk dəfə görən qonşular onu söndürməyə çalışıblar. Hadisə yerinə gələn operativ istintaq qrupu avtomobilin qəsdən yandırılıdığını müəyyən edib. Quza yanğını professional fəaliyyəti ilə əlaqələndirir.

Onun sözlərinə görə, son zamanlar redaksiyaya araşdırmaların dayandırılması və yeni “Şəhər 5692” qəzetinin nəşr olunmaması üçün təzyiq göstərilib. Bir neçə gün əvvəl özümlə maraqlanıblar”, - Quza əlavə edib. modern.az

DİGƏR XƏBƏRLƏR

Top