Türkiyə, Rusiya və İran Suriya üzrə yeni görüş hazırlayır

Türkiyə, Rusiya və İran Suriya hökuməti və silahlı müxalifət nümayəndələri arasında növbəti danışıqlara hazırlıq görür. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, növbəti danışıqlara yeni dəstələr qoşula bilərlər: “Əlavə silahlı dəstələri səfərbər etməyə çalışırıq ki, onlar bu prosesə qoşulsunlar”. S. Lavrovun sözlərinə görə, İordaniya “cənub cəbhəsi”nə daxil olan və üzərində təsiri olduğu silahlı qrupların bu prosesə qoşulmasına başlamağa kömək edib, çünki onlar birbaşa Suriya sərhədi vasitəsilə işləyirlər.

Xatırladaq ki, yanvarın 23-24-də Astanada rəsmi Dəməşqin və silahlı müxalifətin nümayəndə heyətləri arasında ilk bu cür məsləhətləşmələr baş tutmuşdu. Uzun fasilədən sonra fevralın 20-də BMT-nin himayəsi altında Suriya danışıqlarının başlanılması gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top