Türkiyədə Avropada terror planlaşdıran iki İŞİD üzvü tutulub

Türkiyə polisi İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının üzvü olduqları ehtimal olunan və Avropa ölkələrində bir sıra terror aktı planlaşdıran iki nəfəri saxlayıb. Söhbər Livan əsilli Danimarka vətəndaşı Muhammad Lavan və İsveç vətəndaşı 38 yaşlı iraqlı Muhammad Salehdən gedir. Məlumata görə, onlardan birincisi Suriyadakı yaraqlı düşərgəsində 3 aylıq hazırlıq kursu keçib, orada partlayıcı və silah alıb. İkinci yaraqlının arvadının İsveç hakimiyyətinə dediyinə görə, əri iki qızı ilə 2014-cü ildə İŞİD-ə qoşulub. Onlar Türkiyə ərazisinə saxta pasportdan istifadə edərək keçərək, buradan Avropa ölkələrinə getmək niyyətində olublar.

DİGƏR XƏBƏRLƏR

Top