Bu gün Türkmənistanda prezident seçkiləri keçirilir

Bu gün Türkmənistanda prezident seçkiləri keçirilir. Səsvermə yerli vaxtla saat 07.00-da (Bakı vaxtı ilə saat 06.00) başlayıb, saat 19.00-da (Bakı vaxtı ilə 18.00) başa çatacaq. Türkmənistan Mərkəzi Seçki Komissiyası (MSK) saat 09.00-a seçici fəallığının 25,5 faiz olduğunu açıqlayıb. Səsvermədə seçicilərin yarıdan çoxunun səsini alan namizəd prezident seçiləcək. Prezident postu uğrunda hazırkı dövlət başçısı Qurbanqulu Berdıməhəmmədov daxil olmaqla, 8 namizəd mübarizə aparır. apa

DİGƏR XƏBƏRLƏR

Top