ABŞ Gürcüstana hərbi yardımı artırır

Gürcüstanda ABŞ-ın yardımı ilə hərbi hazırlıq mərkəzinin inşa edilməsi nəzərdə tutulub. "Yeniavaz.com"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ Gürcüstan hərbi qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması və onun müasir hərbi texnika ilə təchiz olunmasını xüsusi diqqət mərkəzində saxlayacaq. Bu məqsədlə də ABŞ Gürcüstanda hərbi hazırlıq mərkəzi inşa edəcək. Bu barədə razılıq Gürcüstan müdafiə naziri Levan İzoriya ilə ABŞ-ın Avropadakı quru qoşunlarının komandanı Ben Xoces arasında keçirilən görüşdə əldə edilib. Gürcüstanda inşa ediləcək hərbi təlim mərkəzi ABŞ-ın Almaniyadakı hərbi təlim mərkəzinin eyni olacaq. Yeni hərbi təlim mərkəzinin inşası ilə bağlı bəzi məsələləri həll etmək üçün ABŞ-ın Almaniyadakı hərbi təlim mərkəzinin rəisi, birqada generalı Antonio Aquto yaxın vaxtlarda Gürcüstana səfər edəcək.

DİGƏR XƏBƏRLƏR

Top