Tramp daha bir layihənin dəyərini azaltmaq vədi verdi

ABŞ prezidenti Donald Tramp danışıqlarda iştiraka qoşulan zaman Meksika ilə sərhəddə tikiləcək divarın dəyərinin azalacağına dair vəd verib. “Yeniavaz.com”un “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə D. Tramp “Tvitter” səhifəsində yazıb. O bildirib: “Hesab edirəm ki, böyük sərhəd divarının dəyəri dövlətin başlanğıcda fikirləşdiyindən çox olacaq, lakin mən hələ danışıqlarda və təşkilati işlərdə iştirak etməmişəm. Bu baş verəndə “F-35” qırıcılarında olduğu kimi qiymət kəskin aşağı düşəcək”.

Xatırladaq ki, ABŞ 55 ədəd “F-35” qırıcısını 7,5 faiz endirimlə almağa başlayıb. Əvvəlki sifarişlərdə 1 ədəd “F-35” təyyarəsi 102 milyon dollara başa gəlirdi, indi isə bu rəqəm 94,4 milyon dollar təşkil edir. Daha əvvəl verilmiş məlumata əsasən, Meksika ilə sərhəddə tikiləcək divar Vaşinqtona 21,6 milyar dollara başa gələcək.

DİGƏR XƏBƏRLƏR

Top