Suriya ordusu Tadefi azad edib

Suriyada Əsəd rejiminə sadiq qüvvələr Rusiya aviasiyasının yardımı ilə İŞİD-in əsas dayaqlarından biri olan Tadef məntəqəsinə daxil olublar. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Tadef uğrunda döyüşlərdə 650 terrorçu, 2 tank, 4 ədəd piyadanın döyüş maşını, 7 minomyot məhv edilib. Döyüşlər zamanı Rusiya Əsəd güclərinə havadan dəstək verərək terrorçuların mövqelərinə raket-bomba zərbələri endiriblər. Bununla da Əsəd gücləri Əl-Bab ətrafında öncədən Türkiyə ilə razılaşdırılan ayırıcı xətt ətrafına çatıblar.

DİGƏR XƏBƏRLƏR

Top