Milli Müdafiə Universitetinin rəhbəri, Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini, general-polkovnik Gennadi Vorobyov iş yerində vəfat edib. “Yeniavaz.com”un UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidentinin müdafiə məsələləri üzrə müşaviri Yuri Biryukov “Facebook” səhifəsində yazıb. O bildirib: “Bu gün o, yığıncaq keçirib. Kabinetə qayıdıb. Özünün Ukrayna Müdafiə Universitetindəki rektorluq kabinetində vəfat edib. Ürəyi döyünməyib.Vorobyob antitteror əməliyyatının keçirilməsi məsələlərinə böyük diqqət yetirib”.
O vaxtilə Maydana toplaşana insanlara qarşı ordunu çıxarmaqdan imtina etmişdi.