Astana danışıqlarında iştirakçıların sayının artacağı gözlənilir

Fevralın 16-17-də Qazaxıstanın paytaxtı Astana şəhərində Suriya üzrə danışıqların növbəti mərhələsi keçiriləcək. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu dəfə Astana danışıqlarında Türkiyə, İran və Rusiyadan əlavə İordaniya, Suriya iqtidarı rəsmiləri, BMT Baş katibinin xüsusi nümayəndəsi Stefan de Mistura, Suriya müxalifəti nümayəndələri və ABŞ-dan olan müşahidəçilərin də iştirak edəcəyi gözlənilir. Bununla bağlı Qazaxıstan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, danışıqlarda Suriyada hərbi əməliyyatların dayandırılması, vəziyyətin sabitləşməsinə yönələn birgə addımların atılması əsas müzakirə hədəfi olacaq.

DİGƏR XƏBƏRLƏR

Top