"Bu xəmir hələ çox su aparacaq"

"Qanunlarımız sivil cəmiyyət üçün oldğu halda, davranışımız orta əsirdi". Yeniavaz.com xəbər verir ki, bu fikirləri "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova paylaşıb. Onun sözlərinə görə, bu halda qanunun icrası çətinləşir: "Çünki, qanunu öyrənməyən vətəndaş, yazılmamış qanunu icra etdirmək istəyir. Bu xəmir hələ çox su aparacaq. Əsas şüurun qanunauyğunluğa adaptasiyasına nail olub davranışı dəyişə bilməkdir. Bunun ən yaxşı yollarından biri iqtisadi amildir, digəri isə mədəniyyət".

Mehriban Zeynalova qeyd edib ki, bəzən qanunların icra müxanizminin olmadığı bildirilir: "Təcrübəyə əsasən deyə bilərəm ki, qanunun icra mexanizminin bir qolu da qeyri hökumət təşkilatlarıdır. Müdafiə etdiyin şəxslə bağlı istinad olaraq qanunda göstərilən bəndi məktubda göstərirsən, daha sonra isə səlahiyyətli orqandan cavab gözləyirsən, yaxud zəhmət çəkib gedirsən. Gedirsən, gedirsən və icrasına nail olursan. Bu qədər sadə...Sadəcə olaraq qanunu öyrənək ki, onu da yaza bilək. Yenilklilərdən xəbərdar olun".

DİGƏR XƏBƏRLƏR

Top