Türk əsgərləri Əl-Baba daxil oldular

"Fərat qalxanı" çərçivəsində Suriyada hərbi əməliyyatları davam etdirən Türkiyə hərbi birlikləri bir az əvvəl Əl-Bab şəhərinə daxil olublar. "Yeniavaz.com"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə əsgərləri ilə yanaşı Azad Suriya ordusu da Əl-Babın İŞİD-dən azad edilməsində iştirak edir. Öz növbəsində beynəlxalq AFR agentliyi də bu barədə yayılan məlumatları təsdiqləyib. AFR-in verdiyi məlumata görə, artıq Türkiyə əsgərləri şəhərin mərkəzi hissəsinə nəzarəti ələ alıblar. Bu arada mərkəzi Londonda yerləşən Suriya İnsan Haqlarını müdafiə təşkilatı da Türkiyə və Suriya müxalifəti güclərinin Əl-Babın qərbindən şəhərə daxil olduqları və bəzi yaşayış məntəqələrini nəzarət altına aldıqları barədə məlumat yayıb.

DİGƏR XƏBƏRLƏR

Top