Şəkidə oğurluq faktının üstü açılıb-VİDEO

Mağazadan oğurluq edən, başqalarının avtomobillərinə ziyan vuran şəxs elə əməllərinin üstündən 40 gün keçməmiş polisə yaxalanıb. Saxlanılan şəxs özünə maraqlı şəkildə haqq qazandırsa da evinə baxış zamanı törətdiyi əməllərə dair bütün əşyayi-dəlillər tapılıb. Şəki polisinin keçirdiyi istintaq tədbirləri nəticəsində Şəki sakini 1973-cü təvəllüdlü Salamov Taleh Abduləli oğlu şübhəli şəxs qismində saxlanılıb. Məlum olub ki, həmin şəxs Şəkidə ərzaq dükanından 1000 AZN dəyərində oğurluq edib. Onun evinə və üstünə baxış keçirilərkən oğurluq malları və sənədlər sübut kimi götürülüb. İstintaq zamanı o da məlum olub ki, saxlanılan şəxs Şəki sakinlərinin avtomobillərinə ziyan vurub. Bir nəfər Qəbələ sakininin avtomobilindən isə ona məxsus sürücülük vəsiqəsini və texniki baxış sənədini götürüb. Daha sonra isə dükanın şüşələrini qıraraq oradan külli miqdarda ərzaq malları oğurlayıb. Daha sonra yaxınlıqdakı dəri emalatxanasına da baş çəkən Taleh Salamov heçnə tapmadığı üçün elə sındırdığı pəncərədən də geri qayıdıb. Dindirilmə zamanı isə saxlanılan şəxs hadisəni törətməyinə maraqlı səbəb göstərib. Faktla bağlı AR CM-nin 177.2.2, 177.2.3 və 326.1 maddələri ilə cinayət işi açılıb. Saxlanılan şəxsin digər əməllərdə də əlinin olub-olmaması araşdırılır.Arb

Seki

DİGƏR XƏBƏRLƏR

Top