Moskva Kurili ruslaşdırır–5 Kuril adasına ad verildi


Beş Kuril adasına ad verilib. “Yeniavaz.com”in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya baş naziri Dmitri Medvedev müvafiq sərəncam imzalayıb. Adalara hərbi və dövlət xadimlərinin adları verilib. Onlardan biri SSRİ-nin xarici işlər naziri və Ali Şuranın Rəyasət Heyətinin sədri Andrey Qromıkonun şərəfinə, digəri isə Saxalinin keçmiş qubernatoru İqor Farxutdinovun xatirəsinə adlandırılıb. Daha iki adaya hərbçilərin adları verilib: Yaponiyanın SSRİ qarşısında kapitulyasiyası haqqında aktı imzalayan general Kuzma Derevyanko və uzun müddət Uzaq Şərqdə xidmət etmiş general Aleksey Qneçko. Beşinci adaya isə dünyada uzaq məsafəyə üzmədə ilk qadın kapitan Anna Şetininanı adı verilib.

Xatırladaq ki, Moskva və Tokio ötən əsrin ortalarından II Dünya müharibəsinin yekunları üzrə sülh müqaviləsinin hazırlanması məsələsi üzrə fasilələrlə məsləhətləşmələr aparır. Bunun qarşısında duran əsas maneə Kurilin cənub hissəsinin kimə məxsus olması problemidir. İturup, Kunaşir, Şikotan və bəzi kiçik kimsəsiz adalar müharibənin yekunu üzrə SSRRİ-nin tərkibinə daxil olsa da, Tokio onların mənsubiyyətini mübahisə predmetinə çevirib.

DİGƏR XƏBƏRLƏR

Top