Türkiyə Mərkəzi Seçki Komissiyası referendum tarixini təsdiqlədi

Prezident Ərdoğan tərəfindən ölkədə referendumun keçirilməsi günü ilə bağlı dünən imzalanan sənəd bu gün Mərkəzi Seçki Komissisyası ( Yüksək Seçim Kurulu) tərəfindən təsdiqlənib. "Yeniavaz.com"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu ilin aprel ayının 16-da keçirilməsi nəzərdə tutulan referendumda ölkə konstitusiyasına dəyişiklik nəzərdə tutulub. Referendumdan məqsəd siyasi sistemdə dəyişiklik yolu ilə ölkədə prezident üsul-idarəsinə keçilməsidir. Referendumda Türkiyənin 10 siyasi partiyasının iştirak edəcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top