Səudiyyə vəliəhdinə terrora qarşı xidmətinə görə medal verildi

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayk Pompeo Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Naifi terrorçuluqla mübarizədə göstərdiyi xidmətlərə görə medalla təltif edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, M. Pompeo Ankara səfərindən sonra cümə günü Ər-Riyada gəlib. Mükafatlandırma elə həmin gün baş tutub. MKİ terrorçuluqla mübarizə sahəsində əla kəşfiyyat işlərinə və beynəlxalq təhlükəsizlik və sülhün əldə edilməsinə verdiyi töhfəyə görə vəliəhdin rolunu qeyd edib. Medal 1997-2004-cü illərdə MKİ-nın direktoru olmuş Corc Tenetin adını daşıyır. Baş nazirin müavini və daxili işlər naziri vəzifələrini tutan M.bin Naif bənzər xidmətlərinə görə Fransanın ali dövlət mükafatını – Fəxri Legion Ordeni nişanını alıb. Fransa siyasətçiləri və cəmiyyəti o zaman mükafatlandırmaya təniqidi yanaşmışdılar.

DİGƏR XƏBƏRLƏR

Top