"Dilqəm Əsərovun atası xəstəxanadadır"

"Dilqəm Əsgərovun atası xəstəxanadadır". Yeniavaz.com saytı xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva bildirib.

"Bir az əvvəl Respublika Klinik Xəstəxanasında Dilqəm Əsgərovun atası Qardaşxan əmini ziyarət etdik, səhhəti, müalicəsinin gedişi ilə maraqlandıq. Xəstəxana rəsmiləri, kardiologiya şöbəsinin müdiri, İmrah həkimlə birlikdə Qardaşxan əmi ilə xeyli söhbət etdik. Maşallah, çox bilgili bir insandır. Oxumadığını desə də dayanmadan aşıq ədəbiyyatından söylədiyi şeirlər, əhvalatlar, dastanlardan parçalar ilə onu ziyarət edənləri heyran qoyur. Çox şükr müalicəsi də özünün müsbət təsirini göstərir və Qardaşxan əmi xəstəxanaya yerləşdirildiyi gündən səhhətində müsbətə doğru xeyli irəliləyiş var",-deyə millət vəkili qeyd edib. Onun sözlərinə görə, kardioloqun və nervopotoloqun ciddi nəzarətində olan Qardaşxan Əsgərovun səhhətinin daha da yaxşılaşacağını bildirir müalicə həkimləri: "Xroniki ürək xəstəliyindən əziyyət çəkən Qardaşxan əminin ürəyinin əsas ağrıları da, ona ən yaxşı dərman da işğalçı Ermənistanın girov saxladığı və işgəncə, əziyyətlər verərək Azərbaycan əlehinə danışdırmaq istədiyi, sındırmaq istədiyi Dilqəm Əsgərovdur. Amma Dilqəm Əsgərov düşmənin bütün işgəncələrinə baxmayaraq, mərdliklə dözür və ölkəmiz əlehinə düşmən yalanlarını rədd edir. Allah ona kömək olsun və qısa zaman dövlətimiz onu girovluqdan xilas edə bilsin və Qardaşxan əminin acıları da azalsın. Dualarınızı əksik etməyin həm Qardaşxan əmi, həm də əziz oğlu Dilqəm Əsgərov üçün".

DİGƏR XƏBƏRLƏR

Top