Türkiyə qırıcıları Suriyada İŞİD-in 245 hədəfinə zərbə endirib

Türkiyə silahlı qüvvələrinin "Fərat qalxanı" çərçivəsində Suriyada həyata keçirdiyi əməliyyatlar davam edir. "Yeniavaz.com"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu gün səhər Türkiyə hərbi hava qüvvələrinə məxsus qırıcı təyyarələr Suriyanın şimalındakı İŞİD hədəflərinə növbəti zərbələr endiriblər. Nəticədə İŞİD-ə məxsus 245 hədəf məhv edilib. Məhv edilən hədəflər arasında İŞİD tərəfindən yaşayış məqsədi ilə istifadə edilən 55 bina, 2 qəragah, 1 silah-sursat deposu, 2 toplanış yeri, 1 simsiz stansiya var. Endirilən hava zərbələri nəticəsində 43 nəfər İŞİD üzvü öldürülüb.

DİGƏR XƏBƏRLƏR

Top