Bakının 2 rayonunda bu gün su olmayacaq

"Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi küçəsi ilə Akim Abbasov küçələrinin kəsişməsində 700 mm diametrli magistral su kəmərində qəza baş verib". "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən "Yeniavaz.com" saytına verilən məlumata görə, baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 11 fevral 2017-ci il tarixdə gün ərzində Yasamal və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranan narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

DİGƏR XƏBƏRLƏR

Top