Güclü qar Yaponiyada həyatı iflic edib

Yaponiyaya yağan güclü qar ölkənin qərb hissəsində gediş-gəlişin dayanmasına yol açaraq, əhalinin su və elektrik enerjisi ilə təmin edilməsində ciddi problemlərə gətirib çıxarıb. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Tottori prefekturasında qarın hündürlüyü 91 santimetrə çatıb ki, bu da illik normadan 10 dəfə çoxdur. Nəticədə yüzlərlə maşın hündür qarı yarıb keçə bilməyərək yollarda qalıb. Müvafiq qurumlar təcili şəkildə yolların təmizlənməsi üçün tədbirlər həyata keçirirlər. Xyeqo prefekturasında da yağan qarın hündürlüyü normadan 4 dəfə çox, 76 santimetr olub. Yağan güclü qarın gətirdiyi fəsadları aradan qaldırılması, əhalinin çörək, su və elektrik enerjisi ilə normal qaydada təmin edilməsi üçün Yaponiyanın digər yerlərindən bölgəyə Fövqəladə Hallar nazirliyinin əməkdaşları ezam edilib.

DİGƏR XƏBƏRLƏR

Top