Tramp Ərəb liderlərlə telefon danışığı aparıb


ABŞ prezidenti Donald Tramp İraq, Küveyt və Qətər liderləri ilə telefon danışığı aparıb. “Yeniavaz.com” Türkiyə mətbuatına istinadən bildirir ki, danışıq zamanı İŞİD terror qruplaşması ilə mübarizə, Suriyadakı vəziyyət və İranın bölgədəki fəaliyyəti müzakirə edilib. Ağ Evdən mətbuata verilən açıqlamada bildirilib ki, Tramp, İbadi ilə danışıq zamanı İŞİD ilə mübarizədə ABŞ-ın İraq xalqının yanında olduğunu vurğulayıb və İraq ordusunu Mosulda göstərdiyi müvəffəqiyyətlərə görə təbrik edib. Həmçinin bildirilib ki, Tramp, Qətər əmiri ilə danışıq zamanı ABŞ və Qətər arasında müdafiə barədə iş birliyinin əhəmiyyətini vurğulayıb. İki lider iqtisadi və investisiya barədə iş birliyi və terroru maliyyələşdirən axınların dayandırılması haqqında səylərin davam etdirilməsi məsələlərinə toxunub.

Gülarə Kərimova

DİGƏR XƏBƏRLƏR

Top