İŞİD-in fransalı komandiri öldürüldü

ABŞ Hərbi Hava Qüvvələri Mosulda İŞİD-in fransız vətəndaşı olan komandiri Rəşid Kasimin gizləndiyi yerə hava zərbələri endirib. “Frans Press” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi mayor Eydrien Renkin-Qellouey məlumat verib. “Hazırda biz hava zərbələrinin nəticələrini analiz edirik”,-deyə məlumatda qeyd edilib. Agentliyinin məlumatına görə, Kasim böyük ehtimalla hücum nəticəsində öldürülüb. Qeyd edək ki, Rəşid Kasim Fransada baş erən bir çox terror hadisələrində günahkar bilinir.Qafqazinfo.az

DİGƏR XƏBƏRLƏR

Top