Bu ölkədə əsgərliyə 17 yaşında getmək mümkün oldu

Boliviya hökuməti gənclərin hərbi xidmətə 18 deyil, 17 yaşından getməsinə icazə verən fərman verib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, general Ramiro Moxiki bildirib ki, hakimiyyətin bu qərarı gənclərin orduda xidmət etməyə artan marağı ilə əlaqədardır. Boliviya Silahlı Qüvvələrinin nümayəndəsi qeyd edib ki, əgər müvafiq ərizə daxil olsa və valideynlərin yazılı icazəsi alınsa, 17 yaşı tamam olmuş gənclər orduya qəbul edilə bilərlər. Boliviya ordusunda gənclər üçün hazırda məcburi xidmətə qəbul yaşı 18-dir. Ölkədə 18-22 yaşında orduya çağrılan gənclər 1 il hərbi xidmətdə olurlar.

DİGƏR XƏBƏRLƏR

Top