İstanbulda silah qadağası

İstanbulda M16, AK-47 Kalaşnikov avtomatı və G3 silahlarının daşınması və istifadəsinə qadağa qoyulub. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə qərarı İstanbul valiliyi qəbul edib. Qadağa Türkiyədə fövqəladə vəziyyət rejiminin davam etdiyi müddətdə keçərli olacaq. Valiliyin məsələ ilə bağlı açıqlamasında deyilir: “Vilayətimizdə baş verən terror aktları da nəzərə alınmaqla ümumi təhlükəsizliyi və ictimai asayişi qorumaq, baş verə biləcək məyusedici hadisələrin qarşısını almaq məqsədilə M16, AK-47 Kalaşnikov avtomatı və G3 kimi döyüş silahlarına bənzəyən ov tüfənglərinin İstanbul vilayətinin sərhədləri daxilində daşınması və istifadəsinə fövqəladə vəziyyət rejim müddətində qadağan edilməsinə qərar verilib”.

DİGƏR XƏBƏRLƏR

Top